3 güləşçiyə 3 mükafat

Fransanın Sen-Loran-dü-Var şəhərində çimərlik güləşi üzrə dünya sıralamasının 3-cü mərhələsi baş tutub.

Allsport.az saytı xəbər verir ki, iyulun 1-2-də yarışda ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (70 kq), Ümid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib. Güləşçilərimizin 3-ü də turnirin bürünc medalına sahib çıxıb. 

4-cü mərhələ iyulun 9-10-da Yunanıstanın Katerini şəhərində keçiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish