- Baxış sayı: 65
- 27 Sentyabr 2024 17:25
- Baxış sayı: 96
- Oktyabr 09, 2024
- 0
Formula1 üzrə 3-qat dünya çempionu Niki Lauda növbəti qaran-prini çətin sayıb. Allsport.az saytı xəbər verir ki, o, Şanxay mükafat yarışında ötmələrin sayının Avstraliyaya nisbətən çox olacğını bildirib. Yeni təkərlərdə asfaltayatma qüvvəsi artdığı üçün, bir-birlərini izləməsi çətinləşib. Hələ keçən ildən ötmələrin sayının azalacağını düşünənlər vardı.
Bu düşüncələr Avstraliyada özünü təsdiqləyib və Melburnda cəmi 5 ötmə olub. F-1-az-ın məlumatına görə, Lauda Çin yarışı üçün nikbin düşünür: “Albert Park dar və kələ-kötürlü olduğu üçün orada ötmə etmək çətindir, amma Çindəki tras həm enlidir, həm də aqressivdir. Burada çoxlu ötmələr görə bilərik. Düzlüklər çox uzundur və DRS-in hesabına rəqibə yaxınlaşmaq daha asan olacaq. Hələ bir yarış geridə qalıb və buna görə də belə tənqidlər yersizdir”.