3 qızıl, 2 gümüş və 3 bürünc

Litvanın Vilnüs şəhərində “Dalia Kutkaite” beynəlxalq turnirində bədii gimnastika üzrə Azərbaycan millisi uğurla çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, Alina Məmmədova çoxnövçülük, top (26.150 xal) və gürzlərlə (26.250 xal) hərəkətlərin icrasında qızıl medal qazanıb.

Kamilla Seyidzadə lentlə qızıl (24850 xal), halqa ilə (24.000 xal) gümüş medala sahib çıxıb. Leyli Ağazadə lentlə (27.850 xal) gümüş, halqa (27.050 xal), top (27.800 xal), gürzlərlə (24.600 xal) hərəkətlərin icrasında və çoxnövçülükdə bürünc medal əldə edib.

Bədii gimnastımız Alina Məmmədova yarışda “Miss ekspressiya” titulu ilə mükafatlandırılıb..

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish