- Baxış sayı: 37
- 20 Mart 2023 12:01
- Baxış sayı: 11
- Mart 20, 2023
- 0
Xorvatiyada açıq Zaqreb turniri sona yaxınlaşır.
Allsport.az saytı xəbər verir ki, yarışın 4-cü günündə 2 yunan-Roma güləşçimiz mübarizə aparıb. Ümidləri yalnız Taleh Məmmədov (63 kq – qeyri-olimpiya çəkisi) doğruldub.
33 yaşlı bahadır öncə özbəkistanlı Şirməhəmməd Şərifcanova, sonra iranlı İman Hüseyn Məhəmmədiyə, daha sonra onun qardaşı Arif Hüseyn Məhəmmədiyə qalib gəlib.
Digər təmsilçimiz Həsrət Cəfərov (67 kq – olimpiya çəkisi) ilk görüşdə yenilib.
Qadınlarda Elnurə Məmmədova (53 kq – olimpiya çəkisi) 1/8 finalda dayanıb.