FOTO
4-qat ölkə çempionu “İL’AZERO” ilə yeni zirvələrin fəthinə hazırlaşır

Pauerliftinq üzrə 2-qat Azərbaycan çempionu Yusif Nurullayev, milli idman geyim brendi “İL’AZERO”ya müraciət edib. Allsport.az saytı xəbər verir ki, bodibildinq üzrə öz çəkisində ölkənin ən güclüsü belə özünü çox rahat hiss edir.

Yeni dəb onun iri əzələlərini xırda incəliklərinə qədər göstərir. 2-ci Vətən müharibəsi iştirakçısı milli ruhdan, naxışlardan və rəmzlərdən güc alaraq, yeni zirvələrin fəthinə hazırlaşır. O, mas-vrestlinq üzrə Azərbaycan və Avropa çempionluğunu da bayram edib.

“İL’AZERO”nun təsisçisi və sahibi ölkəmizin ilk və yeganə beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir. Şirkətin məhsulları Polşada istehsal olunur və italyanca “Bir Azərbaycanlı” adlanır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish