- Baxış sayı: 30
- 04 Dekabr 2024 21:11
- Baxış sayı: 52
- Dekabr 04, 2024
- 0
“Gəncə”nin voleybolçusu Nikol Duleva, köməkçi məşqçi Preslav Yordanov, klubun voleybol akademiyasının məşqçisi Nadejda Rudakovskaya və idman direktoru İbrahim Qarayev, Nigar Rəfibəyli adına 43 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüblər.
Allsport.az saytı xəbər verir ki, toplantıda sağlam həyat tərzinin önəmi vurğulanıb, asudə vaxtın səmərəli təşkili və pis vərdişlərdən uzaq olmağa çağırış edilib. “Gəncə”nin nümayəndələri şağirdlər üçün xüsusi təqdimatlar keçirib, idmanın voleybol növünün əhəmiyyətini diqqətə çatdırıblar.
Sonra voleybolla məşğul olmaq istəyən uşaqların qeydiyyatı aparılıb.