- Baxış sayı: 30
- 01 Dekabr 2024 10:00
- Baxış sayı: 42
- Dekabr 01, 2024
- 0
Şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları baş tutub.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi və Azərbaycan şahmat federasiyasının birgə təşkilatçılığı ilə 8, 10, 12, 14 və 16 yaş qrupu üzrə şahmatçıların mübarizəsi Şirvan olimpiya idman kompleksində baş tutub.
Yarışın bağlanış mərasimində çıxış edən Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan şahmat federasiyasının prezidenti, beynəlxalq şahmat federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalib şahmatçıları təbrik edib, onlara gələcək yarışlarda yeni-yeni uğurlar və nailiyyətlər arzulayıblar.
Seçmə yarışlarda Bakı şəhəri istisna olmaqla, ölkənin 36 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun 284 yeniyetmə şahmatçı iştirak edib.
Müxtəlif yaş kateqoriyasında Vahid Bəşirli (Gəncə), Leyla Rzalı (Sumqayıt), Hüseyn Qurbanov (Gəncə), Firəngiz Hüseynova (Qazax), Əlisəfa Zeynallı (Quba), Leyla Mirzəliyeva (Sumqayıt), Tunar Qarayev (Füzuli), Xanımzər İbrahimli (Sumqayıt), Mahir Vahidov (Ucar) və Zarina Mustafayeva (Gəncə) birinci yeri tutub.
Hər yaş qrupunda yüksək nəticə göstərən ümumilikdə 46 şahmatçı iyunda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.
Sonda yarışda fəal iştirak edən və ayrı-ayrı yaş qrupları üzrə şəxsi birincilikdə qalib gələn şahmatçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.