Ölkə çempionatında 5 çəkidə yarımfinalçılar: Döyüşləri nazir Fərid Qayıbov da izləyib

Kişi boksçuların ölkə çempionatında 1/4 final görüşlərinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 29 komandanın iştirakı ilə yarışın 3-cü günündə 17 döyüş baş tutub.

5 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib. Bunlar Ümid Rüstəmov, Əzrək Bəbirov, Nihat Abdullayev (57 kq), Ruslan Rüstəmov, Həsən İbrahimov, Malik Həsənov, Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov, Cavid Çələbiyev, Pərvin Heydərov, Elməddin İsmayılov (67 kq), Murad Allahverdiyev, Fərid Qəribov, Kamran Şahsuvarlı, Elmir Süleymanov, (80 kq) və Fuad Cəfərovdur (92 kq).

Qələbə qazanan boksçular özlərinə ən azı bürünc medalı təmin ediblər. Qarşılaşmaları gənclər və idman naziri Fərid Qayıbov da izləyib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish