- Baxış sayı: 46
- 24 Aprel 2025 10:00
- Baxış sayı: 35
- Aprel 27, 2025
- 0
Allsport.az xəbər verir ki, bu münasibətlə bu gün ölkənin “İdman Paytaxtı” Qəbələ şəhərində idman paradı keçirilib.
Allsport.az xəbər verir ki, paraddan öncə gənclər və idman nazirliyinin, Qəbələ rayon icra hakimiyyətinin rəhbərliyi və kollektivi, eləcə də idman ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Qəbələ mədəniyyət mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycan idman ictimaiyyəti ilə tarixi görüşünün 30-cu ildönümü münasibətilə gənclər və idman nazirliyinin hazırladığı sənədli film nümayiş olunub.
Daha sonra idman paradına start verilib. Şəhərin mərkəzindən idman ictimaiyyətinin iştirakı ilə start götürən yürüş, “ASAN xidmət” binasının önündə paradla davam edib. İdman federasiyaları, idman qurğuları, gənc və veteran idmançılar, “İdman səfirləri”, regional gənclər və idman idarələri, idman könüllüləri, idman məktəbləri və digər idman təşkilatları təntənəli şəkildə paraddan keçiblər.
Tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib. Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək 5 Mart – bədən tərbiyəsi və idman günü münasibətilə hər kəsi təbrik ediblər.
Tədbir bədii hissə ilə davam etdirilib. Konsertdə Murad Arifin ifasında bir-birindən maraqlı musiqi nömrələri iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.