“5-qat olimpiya medalçısı olmağı çox istərdim”

Tokio-2020-də 4-cü dəfə olimpiya medalını qazanan və adını Azərbaycan idman salnaməsinə qızıl hərflərlə yazdıran Mariya Stadnik, karyerasını davam etdirmək qərarına gəlib. Allsport.az xəbər verir ki, qadın güləş millinin öncülü bununla bağlı açıqlama verib:

“Düşünürəm ki, nə qədər güləşmək istəyim varsa, mütləq bütün potensialımı göstərməliyəm. Bu qərarımı Tokiodan evə qayıdan kimi verdim. Bütün dostlarım və yaxınlarım mənə inanır. Oğlum karyeramı davam etdirməyimi çox istəyir və mənim güclü olduğumu deyir.

5-qat olimpiya medalçısı olmağı çox istərdim. Hər medal həyat hekayəmin bir parçasıdır. Bu, mənim yolumun bir hissəsidir. Beynəlxalq Olimpiya Komitəsinin bayrağında 5 olimpiya halqası var. Bu üzdən 5 olimpiya medalı qazanmaqla yeni tarix yazmaq istəyirəm.

İl ərzində 4-5 yarışda iştirak etmək mənim üçün ideal göstəricidir. Yeganə məsələ Paris-2024 öncəsi orqanizmimin məşqlərə necə reaksiya verməsidir. 20 yaşdakı enerjimi kompensasiya edə biləcək qədər böyük təcrübəm var”. 

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish