- Baxış sayı: 17
- 09 Noyabr 2025 10:26
- Baxış sayı: 147
- Noyabr 07, 2025
- 0

“Azərsun holdinq” şirkətlər qrupunun müşahidə şurasının sədri və “Qarabağ” klubunun fəxri prezidenti Abdulbarı Gözəl komandanı cari mövsüm avrokuboklarda uğurlu çıxışı münasibəti ilə təbrik edib.
Allsport.az xəbər verir ki, o bununla bağlı klub rəhbərliyi ilə görüşüb.
Toplantıda vitse-prezident Fevzixan Aras, direktor Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, idarə heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev yer alıblar.