- Baxış sayı: 31
- 10 Oktyabr 2024 00:24
- Baxış sayı: 60
- Oktyabr 10, 2024
- 0
Azərbaycan basketbol liqasının yeni mövsümündə 12 klub çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, ölkə çempionatında “Quba” və MOİK debüt edəcək. Şimal təmsilçisi yarışda “Cəlilabad”ı əvəzləyib. Bu kluba da Şəhriyar Əsgərov təyin olunub.
Artıq heyətə 4 amerikalı cəlb edilib: Davonet Qraven, Kameron Cons, Malik Hant və Simon Kirklənd. Həmin basketbolçularla 1-illik anlaşılıb.
Ötən mövsüm “Cəlilabad”da çıxış edən Zaur Paşayev, Fikrət Paşayev, Andrey Kondratiyev və Levan Qoqaladze (Gürcüstan) də “Quba”ya keçiblər.