ABŞ-də fiqurlu konkisürmə – FOTO

ABŞ-da fiqurlu konkisürmə üzrə milli çempionat başlayıb.
Allsport.az xəbər verir ki, Bostonda keçirilən yarışda idmançılar olimpiadaya əsas vəsiqələr uğrunda mübarizə aparacaqlar.
Turnirdə debüt edən rusiyalı Annabel Morozov və onun yeni həmkarı Ceffri Çen yüksək pilləyə iddia etmirlər. Cütlük ritmik rəqsdə 70,64 xal qazanaraq 10-cu pillədə qərarlaşıb.


Milli komandaya düşmək üçün mübarizə aparan Karolin Qrin/Maykl Persons və Emiliya Zingas/Vadim Kolesnik eyni xal toplayıblar – 82,13. Birincilər texniki qiymətləndirməyə görə 0,4 xal itirdikləri üçün 4-cü olublar.


Emiliya Zingas və Vadim Kolesnik hazırda üçüncüdür. Demək olar ki, konkisürənlər ölkə çempionatında karyeralarının ən yaxşı performansını nümayiş etdiriblər.


Kristina Karreyra və Antoni Ponomarenko cüzi üstünlüklə 2-ci yerdə qərarlaşıblar. Onların performansı 82,86 balla qiymətləndirilib.

Mədison Çok və Evan Beyts ikilisi birincidir. Onların aktivində 92,16 xal var.

Həmin kateqoriyadan