ABŞ-in güləş mütəxəssisləri Gəncə idman liseyində

Ölkəmizdə səfərdə olan amerikalı güləş mütəxəssisləri sentyabrın 30-da Gəncədə olublar. Allsport.az saytı xəbər verir ki, sərbəst güləş üzrə 2-qat olimpiya, 4-qat dünya çempionu Con Smit və qadın güləşi üzrə dünya çempionatının 2-qat bürünc medalçısı Seli Roberts idman liseyində görüş keçiriblər.

Onlar 2 saat davam edən nəzəri-praktiki məşğələdə təcrübələrini gəncəli güləşçilərlə bölüşüblər. Müxtəlif fəndlərin effektiv icrasının yollarını əyani surətdə göstərən Con Smit, böyük uğurlar qazanmaq üçün kollektiv məşqlərdən əlavə fərdi çalışmaların vacibliyini də diqqətə çatdırıb.

Ustad dərsindən öncə tanınmış mütəxəssislərlə keçirilən görüşdə idman liseyinin direktoru Mehman Allahverdiyev Con Smitin baş məşqçisi olduğu Oklahoma dövlət universitetinin güləş komandasını təlim-məşq toplanışı üçün Gəncəyə dəvət edib. Amerikalı çalışdırıcı bu təklifi müsbət qarşılayıb və əməkdaşlığı davam etdirəcəklərini bildirib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish