ABŞ-li kəmər sahibi qalmadı

Amerikalı MMA döyüşçüsü Con Cons təqaüdə çıxaraq UFC ağır çəki dərəcəsində titulunu boşaldıb.
Allsport.az xəbər verir ki, onun davamçısı müvəqqəti kəmər sahibi olan ingilis Tom Aspinalldır.
Bu dəyişiklik nəticəsində UFC-də ABŞ-dən olan kəmər sahibləri yoxdur.
Bu, sonuncu dəfə 2004-cü ildə baş vermişdi, o zaman UFC-nin cəmi dörd bölməsi var idi.
Amerikalılardan öz çəki dərəcələrində ilk üç ən yaxşı döyüşçü yalnız Brendon Royval (#1 yüngül çəki), Şon Bredi (#2 orta çəki), Şon Striklend (#2 orta çəki) və Castin Qeycidir (#3 yüngül çəki).

Həmin kateqoriyadan