ABŞ səfiri gimnastika arenasında

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer milli gimnastika arenasında olub.

Allsport.az xəbər verir ki, səfir arenada 35-ci dünya çempionatından əvvəl Bakıda təlim-məşq toplanışında iştirak edən ABŞ-ın batut gimnastikası üzrə yığma komandasının üzvləri ilə görüşüb.

O, dünya çempionatında iştirak edəcək gimnastlarla, eləcə də onların məşqçiləri ilə söhbət edib. Amerikalı idmançılar yarış hazırlıqları ilə bağlı səfirə məlumat veriblər.
Daha sonra Ö.Litzenberqer gimnastların məşq prosesini izləyib.

Səfir, eyni zamanda, MGA-da idmançıların hazırlığı üçün yaradılmış şəraitlə də tanış olub.

Bakıda təşkil olunacaq dünya çempionatında batut üzrə fərdi və sinxron proqramlar, ikili minibatut və tamblinq yarışlarında ABŞ-ın 19 idmançısı çıxış edəcək. Bu ölkənin komandası ümumilikdə 40 nəfərdən ibarətdir.

Xatırladaq ki, batut gimnastikası üzrə 35-ci dünya çempionatı noyabrın 18-21-də keçiriləcək. Yarışda 33 ölkədən 270-ə yaxın gimnast 51 dəst medal uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish