“Abşeron” çətin oyunda qələbəyə sevindi

Qadın voleybolçular arasında yüksək liqada növbəti oyunlar keçirilib.

Allsport.az xəbər verir ki, bu gün GİN-nin voleybol mərkəzində XIV turun iki qarşılaşması baş tutub. İlk olaraq meydana “Abşeron” və “Azərreyl” komandaları çıxıblar. Oyunun qalibi 5 setdə müəyyən olunub. “Abşeron” 3:2 hesabı ilə rəqibini məğlub edib.
Turun son qarşılaşması isə “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” klubları arasında olub. Bu qarşılaşmada isə “Milli Aviasiya Akademiyası” 3:0 hesabı ilə qalib gəlib.
XIV turun ilk qarşılaşması martın 1-də “Gəncə” və UNEC komandaları arasında olmuşdur. Bu oyunda “Gəncə” rəqibini 3:0 hesabı ilə məğlub etmişdir.

Yüksək liqa
XIV tur
4 mart
“Abşeron” – “Azərreyl” 3:2 (22:25, 25:22, 25:14, 12:25, 15:12)
“Milli Aviasiya Akademiyası” – “Murov Az Terminal” 3:0 (25:19, 25:21, 25:18)

Həmin kateqoriyadan