“Abşeron”, “Gəncə” və “Milli Aviasiya Akademiyası” qələbəyə sevindi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib.

Allsport.az xəbər verir ki, turun ilk qarşılaşması UNEC VK-nın idman zalında UNEC və “Gəncə” komandaları arasında olub. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər qarşılaşmaları isə GİN-in voleybol mərkəzində təşkil olunub. Burada “Azərreyl” komandası “Abşeron”la, “Murov Az Terminal” klubu isə “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib.
“Azərreyl” – “Abşeron” oyununda qalib 4 setdə müəyyən olunub. “Abşeron” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Günün və turun son qarşılaşmasında isə “Milli Aviasiya Akademiyası” 3:0 hesabı qələbə qazanıb.
Növbəti tur fevralın 11-də keçiriləcək.

Yüksək liqa
IX tur
4 fevral
UNEC – “Gəncə” 0:3 (14:25, 17:25, 12:25)
“Azərreyl” – “Abşeron” 1:3 (25:15, 20:25, 19:25, 14:25)
“Murov Az Terminal” – “Milli Aviasiya Akadekiyası” 0:3 (17:25, 17:25, 15:25)

Həmin kateqoriyadan