“Abşeron” ilk oyunda qalib gəldi

Qadın voleybolçuların yüksək liqasında final mərhələsinə start verilib.
Allsport.az xəbər verir ki, GİN-in voleybol mərkəzində “Azərreyl” – “Abşeron” komandaları qızıl medal uğrunda ilk oyuna çıxıblar. Oyun “Abşeron” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ikinci oyunu aprelin 24-də milli gimnastika arenasında keçiriləcək.
Reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.

Yüksək liqa
Final
Birinci oyun
21 aprel
“Azərreyl” – “Abşeron” 0:3 (19:25, 16:25, 18:25)

İkinci oyun
24 aprel
15:00. “Abşeron” – “Azərreyl”

Ünvan: milli gimnastika arenası

Həmin kateqoriyadan