“ABU arena” idman kompleksi “AHF arena” kimi fəaliyyətə başlayacaq

ABU Arena” idman kompleksi yaxın günlərdə “AHF Arena” kimi fəaliyyətə başlayacaq. Allsport.az saytı xəbər verir ki, xeyli vaxtdır həyata keçirilən işlər artıq yekunlaşdırılıb. Qısa müddət ərzində xeyli iş görülüb – məşq zalında, soyunub-geyinmə və istirahət otaqlarında təmir işləri başa çatdırılıb.

2004-cü ildə tikilən idman qurğusunda hər cür şərait yaradılaraq həndbolçuların ixtiyarına verilib. Ölkədə həndbolun inkişafına təkan olacaq idman kompleksinin yenidən istifadəyə verilməsini AHF-in həndbolçulara gözəl töhvəsi kimi dəyərləndirmək olar.

“AHF arena” da həm yerli, həm də beynəlxalq miqyaslı turnirlərin oyunları keçiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish