“ABU-arena”da təmir-bərpa

2004-cü ildə sırf həndbol üçün istismara verilən “ABU-arena”da AHF tərəfindən təmir-bərpa işləri həyata keçirilir. Allsport.az saytı xəbər verir ki, təmir işlərindən sonra fəaliyyətini istiqamət üzrə davam etdirəcək kompleksdə, komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait daha yaxşılaşdırılacaq.

Komandaların maddi-texniki bazasının yaxşılaşdırılmasına və həndbolun inkişafına hesablanan müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Bununla da, həndbolsevərlər həm Azərbaycan çempionatının, həm də avrokubok oyunlarını izləmək imkanı qazanacaqlar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish