ACF-in vitse-prezidenti: “Azərbaycan cüdo üzrə qabaqcıl ölkələrdən birinə çevrilib”

Heydər Əliyev adına idman sarayında cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə ACF-in vitse-prezidenti Rövşən Rüstəmov ölkəmizdə cüdonun 50 illik yubileyi qeyd olunduğunu və bu səbəblə adı çəkilən yarışışa ev sahibliyi etməyin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib:

“Bu illər ərzində idmançılarımız dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər turnirlərdə çoxsaylı medallar qazanıb və ölkəmizin bayrağını daim yüksək tutmaq üçün əllərindən gələni ediblər. Fəxrlə deyə bilərik ki, bu illər ərzində dövlətimizin başçısı, prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan cüdo üzrə qabaqcıl ölkələrdən birinə çevrilib”. 

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish