Açıq Budapeşt turnirində 11 medal qazandılar

Azərbaycan savat federasiyası 24-25 yanvarda Macarıstanın paytaxtı Budapeştdə savat assault və savat kombat idman növü üzrə ənənəvi beynəlxalq açıq Budapeşt turnirində iştirak edib.

Allsport.az xəbər verir ki, yarışda 15-dən çox ölkədən 350-yə yaxın idmançı iştirak edib. Turnirdə kadetlər, yeniyetmələr, gənclər və böyüklərdən ibarət yığma komandanın 11 idmançısı ölkəmizi təmsil edib.
Nəticədə idmançılarımız ölkəmizə ümumilikdə 5 qızıl, 2 gümüş və 4 bürünc medal qazandırıb.

Kadet yaş qrupu üzrə:
Mehman Rəsul – 30 kq çəki qızıl medal (Mətin İK).
Məhəmməd Rəsul – 35 kq qızıl medal (Mətin İK).
Yeniyetmələr yaş qrupu üzrə:
Yusif Xəlilzadə – 45 kq çəki, qızıl medal (Mətin İK).
Ömər Namazov – 45 kq çəki, gümüş medal (İrəvan İK).
Məhərrəm Əliyev – 55 kq çəki, gümüş medal (Mətin İK).
Rafael Məmmədov – 50 kq çəki, bürünc medal (İrəvan İK).
Gənclər yaş qrupu üzrə:
Quluyev Uğur – 48 kq çəki, qızıl medal (Mətin İK).
Böyüklər yaş qrupu üzrə:
Bəyrək Bağırov – 85 kq, bürünc medal (Gədəbəy İK).
Sənan Babazadə – +85 kq, çəki bürünc medal (Gəncə SK).
Hikmət Xəlilov – +95 kq çəki, bürünc medal (Bakı döyüş klubu).
Sonda isə savat kombat idman növü üzrə böyüklər arasında Tural Baloğlanov 65 kq çəki dərəcəsi ilə savat kombat idman növü üzrə kubok döyüşünün qalibi olub.

Həmin kateqoriyadan