Açıq dairəvi döyüş məşqləri

Mayın 31-də Azərbaycan taekvondo federasiyasının məşq zalında taekvondo üzrə böyüklərdən ibarət kişi və qadınlardan ibarət milli yığma komandanın iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib.

Allsport.az xəbər verir ki, millinin baş məşqçisi Məhəmməd Abdullayevin rəhbərliyi altında keçirilən məşqlərə 2009-cu il təvəllüdlü və ondan yuxarı yaş qruplarına aid klub təmsilçiləri də qatılıblar.

13 klubdan ümumilikdə 95 idmançının iştirakı ilə baş tutan açıq məşqlərin əsas məqsədi idmançılarının döyüş təcrübəsini artırmaq, onların texniki-taktiki hazırlıq səviyyəsini yoxlamaq və milli komanda ilə qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaq olub.

Həmin kateqoriyadan