ADA-da dəyirmi masa

ADA universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda dəyirmi masa təşkil edilib. 
Allsport.az xəbər verir ki, dəyirmi masada Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, ölkəmizdə səfərdə olan Qazaxıstanın elm və ali təhsil naziri Siyasət Nurbəy, eləcə də hər iki ölkənin qabaqcıl universitetlərinin rektorları iştirak ediblər. Tədbirdə Azərbaycan Qazaxıstan arasında ali təhsil sahəsində qarşılıqlı ikili diplom proqramlarının effektiv tətbiqi, innovasiya, elmi tədqiqat və qarşılıqlı mübadilə proqramlarının genişləndirilməsi mövzuları müzakirə edilib.

Daha sonra hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə qarşılıqlı anlaşma memorandumlarının imzalanma mərasimi keçirilib. Bu çərçivədə Azərbaycan idman akademiyası ilə Qazaxıstanın bədən tərbiyəsi və kütləvi idman akademiyası arasında anlaşma memorandumu imzalanıb.

Sözügedən tədbirdə ümumilikdə 17 universitetin iştirakı ilə 40 qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Həmin kateqoriyadan