- Baxış sayı: 36
- 24 Mart 2025 17:53
- Baxış sayı: 36
- Mart 24, 2025
- 0
AzDBTİA-da qeyri-azərbaycanlıların (türklər) toplantısı
Gimnastika federasiyası ilə dövlət bədən tərbiyəsi və idman akademiyası gimnastika növlərinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığı çərçivəsində “Gimnastikanın nəzəriyyəsi və metodikası” kafedrasının professor-müəllim heyəti ilə növbəti işgüzar görüş keçirilib.
Allsport.az saytı xəbər verir ki, toplantıda aerobika millimizin bolqarıstanlı baş məşqçisi Marian Kolev, Beynəlxalq gimnastika federasiyasının nümayəndələri Desislava Boquşeva (Bolqarıstan) və Natalya Bulanova (Azərbaycan) iştirak ediblər.
Tədbir zamanı “Gimnastikanın nəzəriyyəsi və metodikası” kafedrasının 68 yaşlı bolqarıstanlı müdiri Qyurka Qantçeva gələcəkdə görülməsi nəzərdə tutulan işlər haqqında, həmçinin bədii gimnastika idman növünə aid videotəqdimatla çıxış edib.
Nəzərinizə çatdıraq ki, gənclər və idman nazirinin müavini də bolqarıstanlı Mariana Vasilyevadır.