- Baxış sayı: 40
- 25 Aprel 2025 16:22
- Baxış sayı: 80
- Aprel 25, 2025
- 0
Martın 3-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri keçiriləcək.
Allsport.az xəbər verir ki, Azərbaycan yığması həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.
Millinin baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərova (+92 kq) imkan verəcək.
Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) rinqə çıxacaq.
“Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.
Yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.