AFFA 3 futbolçunu cəzalandırdı

AFFA intizam komitəsi növbəti iclasını keçirib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 10-cu turunda keçirilən görüşlərdə qayda pozuntuları barədə qərarlar verilib. 

“Şamaxı” – “Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu Rövşən Şahmuradovun köynəyində adının və ya soyadının yazılmaması səbəbi ilə klub 3000 manat cərimə olunub.

“Sabah” – “Zirə” matçında qonaq oyunçu Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində 2-ci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün, 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.

Adı çəkilən yarımmüdafiəçi meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün 1 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. Stadionda əmlaka “Zirə”nin futbolçusu Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya edilməsinə qərar verilib.

Oyun bitdikdən sonra kənar şəxslərin meydana daxil olmasına görə “Sabah” klubu 1600 manat məbləğində cərimə olunub.
“Zirə”nin azarkeşləri tərəfindən nalayiq və təhqiridici sözlərdən istifadə edildiyinə görə klub 4000 manat məbləğində cərimə olunub.

“Kəpəz” – “Neftçi” oyununda yanğına qarşı yanğın mühafizə xidməti əməkdaşının oyuna gecikməsinə görə Gəncə klubu 400 manat məbləğində cərimələnib. Bu matçda əvəzetmə tablosunun oyunun gedişində işləməməsinə görə meydan sahibi 800 manat geri düşüb.

“Kəpəz”in futbolçusu Zamiq Əliyev 62-ci dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Turan Tovuz” – “Səbail” oyununda oyunun gedişində qonaqların fotoqrafı meydana və VAR monitoruna çox yaxın durduğuna görə, klub 800 manat cərimələnib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish