AFFA 6 klubu cərimələdi

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda premyer liqanın 7-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

“Sabah” – “Turan Tovuz” oyununda oyunun 36-cı dəqiqəsində qonaq klubunun 8 nömrəli futbolçusu Şakir Seyidov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün, 2 oyun cəzalanıb, klub 1600 manat ziyana düşüb.

“Qəbələ” – “Sumqayıt” oyununda oyunun 83-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən baş hakim təhqir edildiyi üçün, klub 4000 manat cərimə olunub.
84-cü dəqiqədə “Qəbələ”nin “7” nömrəli futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.
 
“Səbail” – “Neftçi” oyununda oyundan sonra isti su təchizatının olmaması və hakimlər üçün isti su təmin olunmadığından, “dənizçilər” 800 manat cərimə olunub.

“Kəpəz” – “Şamaxı” oyununda oyunun 34-cü dəqiqəsində Gəncə klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün, komanda 4000 manat ziyana düşüb.
2-ci hissədə qonaqlar meydana 3 dəqiqə gec daxil olduğu üçün, 800 manat cərimələniblər.

“Kəpəz”in 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 “Şamaxı”ının “2” nömrəli futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına öz etirazını bildirməsinə görə, ikinci sarı vərəqə ilə cəzalandırılaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün, 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish