- Baxış sayı: 19
- 03 Dekabr 2024 21:51
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Azərbaycanda milliləşdirmə siyasəti 2021-ci ildə də davam edəcək. Allsport.az saytı xəbər verir ki, daha 4 Türkiyə əsilli futbolçunun ölkəmizə köçmək variant yaranıb.
Bunların hamısı Almaniyanın 3-cü liqasında çıxış edən oyunçulardır. Konkret olaraq, “Türkgücü Münhen”in mərkəz müdafiəçisi Ərol Alqan, “Çvikkau”nun sol cinah müdafiəçisi Can Coşqun, “İnqolştadt”ın hücumçusu Fateh Qaya və “Yurdingen”in forvardı Məhəmməd Kibrit hazırda “Sumqayıt” klubu və AFFA rəhbərliyinin diqqət mərkəzindədir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, adıçəkilən oyunçuların “Sumqayıt”a gəlməsi və ümidləri doğrultması təqdirdə milliləşdirilməsi nəzərdən keçirilir. Onlardan birinin hətta “Neftçi”nin formasını geyinmək ehtimalı da var.