AFFA-dan “Qəbələ”yə ağır cəza

AFFA intizam komitəsi növbəti iclasını keçirib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 12-ci turunda qayda pozuntuları barədə qərarlar verilib.

“Kəpəz” – “Səbail” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. Qonaq komandanın futbolçusu Nihad Qurbanlı oyunun 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırımızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.

“Zirə” – “Neftçi” oyununda jurnalistlər zona-1-də PFL-in verdiyi akkreditasiyaları üzərlərində görünən şəkildə asmadıqları üçün “Zirə” kluba xəbərdalıq edilib.

“Şamaxı” – “Qarabağ” oyununda qonaq komandanın azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacağın sıradan çıxarılmasına görə stadiona ziyan vurulduğu üçün dəymiş ziyan Ağdam klubu tərəfindən tam ödəniləcək.

“Sabah” – “Qəbələ” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün, klub 800 manat cərimələnib. Oyunda azarkeşlər arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə, klublar ayrı-ayrılıqda 4000 manat cərimə olunub.

Qonaq komandanın azarkeşləri tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ” klubu 1600 manat cərimə olunub. “Qəbələ”nin azarkeşləri tərəfindən stadiona ziyan dəydiyi üçün (73 ədəd plastik oturacağın sıradan çıxması faktı) dəymiş ziyan klub tərəfindən tam ödəniləcək.

Qonaq komandanın azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ” klubunun azarkeşlərinin stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyulub. 05.11.2022-ci il tarixində premyer liqanın XIII turunda “Zirə” oyunda “Qəbələ” komandasının azarkeşlərinin stadiona girişi qadağan edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish