AFFA-dan Samir Abbasovla bağlı yeni qərar

AFFA-nın apellyasiya arbitraj tribunalı “Sumqayıt” klubunun apellyasiya şikayətinə baxıb. Allsport.az saytı xəbər verir ki, qərara əsasən, AFFA intizam komitəsinin 10.11.2022-ci il tarixdə “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov barəsində verdiyi qərar dəyişdirilsib.

Baş məşqçiyə verilən 5 oyunluq kənarlaşdırma cəzası cəzanın 3 oyunu şərti tətbiq edilməklə 5 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilib. Sınaq müddəti qərarın qəbul edildiyi tarixdən etibarən 3 ay müddətinə təyin edilib.

Baş məşqçi sınaq müddəti ərzində yenidən intizam məcəlləsi ilə müəyyən olunan hər hansı bir pozuntuya yol verdiyi halda həmin pozuntuya görə cəza təyin olunarkən 3 oyunluq kənarlaşdırma cəzası da tətbiq ediləcək.

“Sumqayıt” barəsində verilən 4000 manat məbləğində cərimə cəzası isə qüvvədə qalıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish