- Baxış sayı: 325
- 29 Sentyabr 2023 15:12
- Baxış sayı: 50
- Sentyabr 29, 2023
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan Tovuz” – “Neftçala” matçında “Turan Tovuz”un 4, “Neftçala”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.
“Şəmkir” – “Mil-Muğan” matçının 69-cu dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Səccad Kerman idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Şəmkir”in futbolçusu Sərxan Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Laki Hiro Bomidele kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Zöhrab Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.