- Baxış sayı: 34
- 03 Dekabr 2024 13:53
- Baxış sayı: 285
- Dekabr 02, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Rəvan” – “Qarabağ” matçının 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
AzAL – “Qəbələ” matçının 37-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Murad Musayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində AzAL-ın futbolçusu Süleyman Mustafazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Sumqayıt” – “Xəzər Lənkəran” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Röyal Əlizadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.