- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
AFFA intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, iclasda premyer liqanın XXIII turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 47-ci dəqiqəsində qonaqların futbolçusu İqor Ribeyro rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası isə 1000 manat cərimə edilib.
“Neftçi” “Qarabağ”la oyunda azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə 800 manat, rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə 1000 manat cərimə edilib.
Eyni oyunda “Qarabağ” 4 futbolçusu sarı vərə aldığına görə 700 manat, Kevin Medinanın qırmızı vərəqə aldığına görə 1500 manat, həmçinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə və bu hal cari mövsüm 3-cü dəfə yaşandığına görə 1000 manat cərimə edilib. Kevin Medina isə 2 oyun Ağdam klubuna kömək edə bilməyəcək.