AFFA-nın 30-illik yubileyi münasibəti ilə yoldaşlıq oyunu

AFFA-nın təsis olunmasının 30-illiyinə silsilə tədbirlər çərçivəsində bu gün “Dalğa arena”da yoldaşlıq oyunu olub. Allsport.az saytı xəbər verir ki, “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanan oyunda AFFA-nın, PFL-in əməkdaşlarından və Azərbaycan millisinin məşqçilərindən ibarət komanda ilə premyer liqada çıxış edən klubların əməkdaşlarından və həmin klublarda çalışan məşqçilərdən təşkil olunmuş komanda üz-üzə gəlib.

Hər 2 heyəti yubiley münasibətilə təbrik edən, xatirə şəkli çəkdirən AFFA-nın prezidenti Rövnəq Abdullayev, veteran futbolçular Kazbek TuayevÇingiz İsmayılovla birlikdə rəmzi olaraq topa ilk toxunuşu ediblər.

FİFA referisi Əliyar Ağayevin idarə etdiyi gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 5:5 hesabı ilə başa çatıb. AFFA-nın heyətində İlqar Qurbanov (2), Arif Əsədov, Fərrux İsmayılovZaur-Hacı Məhərrəmov fərqləniblər. Klubların qolların isə Xaqani Məmmədov (4) və Zaur Tağızadə vurublar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish