AFFA-nın yubiley və bayram tədbiri

AFFA-nın təsis olunmasının 30 illiyi, 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və Təqvim ili münasibətilə tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda AFFA-nın prezidenti Rövnəq Abdullayev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın kollektivi, assosiasiyanın birbaşa və dolayı üzvlərinin təmsilçiləri, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edərək 30 illik yubiley və qarşıdan gələn bayramlar münasibətilə tədbir iştirakçılarına təbrik ünvanlayıb.

Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək yubiley münasibətilə təbriklərini çatdırıb, milli komandamızın son oyunlarda əldə etdiyi arıdıcıl qələbələrdan danışıb.

Sonra AFFA-nın vitse-prezidenti, FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov 30 illik yubiley münasibətilə FIFA-nın təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, bu il Qətərdə keçirilmiş Dünya Kubokunun rəsmi topunu AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib.

Sonda çıxış edən AFFA-nın baş katibi Sərxan Hacıyev hər bir iştirakçıya tədbirə təşrif buyurduğu üçün təşəkkürünü bildirib, AFFA-nın 30 illik yubileyi, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrikini səsləndirib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish