- Baxış sayı: 30
- 21 Aprel 2025 23:46
- Baxış sayı: 97
- Aprel 21, 2025
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Neftçi” və “Qəbələ” arasında baş tutan matçın 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Matçın 74-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Aleksey Qay və oyunun 86-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalanıb.
İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:
Oyunun 74-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Aleksey Qaya simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.
Oyunun 86-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.
Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.