AFFA “Qarabağ”ı 4000 manat cərimələdi

AFFA intizam komitəsinin iclası keçirilib.

Allsport.az xəbər verir ki, toplantıda premyer liqanın XXVI turunda baş verənlərlə bağlı qərar verilib.

“Qarabağ”la oyununun 83-cü dəqiqəsində “Araz-“Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub isə 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Araz-Naxçıvan”la oyununun 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klub isə ümumilikdə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Qarabağ” oyun bitdikdən “Araz-Naxçıvan” meydançaya kənar şəxslərin daxil olduğuna görə 800 manat cərimə edilib.

“Zirə” ilə oyununun 74-cü dəqiqəsində “Səbail”in futbolçusu Suleyman Alluş təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu isə 3000 manat cərimə edilib.

“Sumqayıt”la oyunda “Kəpəz” 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib.

“Neftçi” ilə oyununun 18-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Emmanuel Hakman rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu isə 1000 manat cərimə edilib.

Həmin kateqoriyadan