- Baxış sayı: 30
- 18 Mart 2025 22:30
- Baxış sayı: 35
- Mart 18, 2025
- 0
Mərakeşin paytaxtı Rabatda Afrika millətlər kubokunun püşkatma mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, turnir 21 dekabr 2025-ci ildən 2026-cı il yanvarın 18-dək keçiriləcək. 1988-ci ildən bəri ilk dəfə yarışa Mərakeş ev sahibliyi edəcək.
“A” qrupu: Mərakeş, Mali, Zambiya, Komor adaları
“B” qrupu: Misir, Cənubi Afrika, Anqola, Zimbabve
“C” qrupu: Nigeriya, Tunis, Uqanda, Tanzaniya
“D” qrupu: Seneqal, DR Konqo, Benin, Botsvana
“E” qrupu: Əlcəzair, Burkina Faso, Ekvatorial Qvineya, Sudan
“F” qrupu: Fil Dişi Sahili, Kamerun, Qabon, Mozambik