Afrikanın açıq çempionatında iştirak edəcəklər

Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan yığması Misirdə təlim-məşq toplanışı keçəcək. Allsport.az xəbər verir ki, komandamız bu məqsədlə fevralın 7-də Misirin Hurqada şəhərinə yola düşüb.
7-28 fevralda baş tutacaq təlim-məşq toplanışı çərçivəsində millimiz burada keçiriləcək Afrika qitəsinin çimərlik voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon” turnirində də güclərini sınayacaqlar.

Həmin kateqoriyadan