- Baxış sayı: 87
- 12 Yanvar 2026 12:11
- Baxış sayı: 230
- Yanvar 15, 2026
- 0

Bu gün Gənclər və İdman Nazirliyində cüdo, güləş və boks üzrə dünya çempionatlarında medal qazanan milli komandalarımızın üzvləri ilə görüş keçirildi.
Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən ABF-in 1-ci vitse-prezidenti Ağacan Abiyev idmançılarımızın davamlı olaraq beynəlxalq yarışlarda yüksək nəticələr göstərdiklərini dedi, indiyədək belə yüksək nəticələrin qazanılmadığını vurğuladı.
Nailiyyətlərin ildən-ilə artdığını qeyd edən dünyaca məşhur mütəxəsis, ilk dəfə Azərbaycan idmançısının boksda 3-qat dünya çempionu olduğunu söylədi. Millət vəkili əlavə etdi ki, Rövşən Hüseynovla başlanan bu uğurlu yolu Ağası Məmmədov, sonra Məhəmmədrəsul Məcidov, Cavid Cələbiyev və Elvin Məmişzadə davam etdiriblər.