- Baxış sayı: 51
- 25 Mart 2023 17:00
- Baxış sayı: 96
- Mart 26, 2023
- 0
Romada güləş üzrə Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, Ağahüseyn Mustafayev (70 kq) ilk mərhələdə Ermənistan idmançısı Qevorq Mxeyanla üz-üzə gəlib.
Dramatik görüş olduqca gərgin və maraqlı alınıb. Prinsipial qarşılaşmaya erməni güləşçi daha yaxşı başlayıb və 8:0 önə keçib. Ancaq özünü itirməyən Ağahüseyn inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geri dönüş edib.
İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Mustafayev yarışa inamlı qələbə qazanıb – 15:8.
Ağahüseyn Mustafayev bu gün finalda Polşa təmsilçisi Məhəmmədmurad Hacıyevlə qarşılaşacaq.