- Baxış sayı: 31
- 17 İyun 2025 18:16
- Baxış sayı: 85
- İyun 17, 2025
- 0
Suraxanı rayonunda yerləşən orta məktəblərin birində güləş zalı fəaliyyət göstərir. Allsport.az saytının məlumatına görə, uşaq və yeniyetmələri məşqçilər – Tariş Əbilov və Vüqar Şükürov hazırlaşdırılar. İdmançılar yarışa Zəngilan UGİM adı ilə çıxırlar.
Komanda bu il Abşeronda, Gəncədə və Astarada keçirilmiş müxtəlif yaş qrupları üzrə ölkə birinciliklərində yunan-Roma güləşində mübarizə aparıb. Məktəbdə bir neçə istedadlı bahadır var. Məşqlərin güclənməsi və şəraitin yaxşılaşmasında Azərbaycan güləş federasiyası maddi dəstəyini göstərir.
Bu günlərdə beynəlxalq dərəcəli hakim Hicran Şərifov və 2 saylı RİOEUGİM-in çalışdırıcısı İslam Cəfərov qonaq olublar. 3 dəfə olimpiya oyunlarının referisi 60-illik yubileyi münasibəti ilə filmin müəyyən görüntülərinin bu zalda qeydə alınmasına təşəbbüs göstərib.