- Baxış sayı: 32
- 13 May 2025 21:07
- Baxış sayı: 73
- May 13, 2025
- 0
Yaponiyanın paytaxtında Beynəlxalq Gimnastika Federasiyasının idarəetmə orqanlarına seçkilərin 81-ci konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantının sonunda FIG-nin müxtəlif strukturlarında aktiv fəaliyyətlərinə görə fəxri adlar və mükafatlara layiq görülmüş şəxslərin adları açıqlanıb.
FIG-nin Şurasına iki dəfə (2008 və 2012) üzv seçilmiş AGF-in baş katibi Fərid Qayıbov bürünc mükafata layiq görülüb. O, 2013-cü ildə Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçildiyindən, FIG Şurasındakı fəaliyyətini dayandırıb.