Ağırlıqqaldıranlarımız qitə çempionatına yollanır

3-11 apreldə Moskvada ağırlıqqaldıranların Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 40 ölkədən 361 idmançı (182 kişi+179 qadın) iştirak edəcək.

Bizdə güclü cinsin nümayəndələrinin rəqabətində baş məşqçi Asif Məmmədovun rəhbərliyi ilə Əliş Nəzərov (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) çıxış edəcəklər.

Qadınlarda baş məşqçi Sərdar Həsənovun rəhbərliyi ilə Boyanka Kostova fəxri kürsüyə çıxmağa çalışacaq.

Ölkəmizi hakim qismində Vahid Nəzərov təmsil edəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish