- Baxış sayı: 46
- 24 Aprel 2025 10:00
- Baxış sayı: 37
- Aprel 27, 2025
- 0
Azərbaycan idman akademiyasında Qazaxıstanın Qızıl Orda Qorqud Ata universitetinin rəhbər heyəti ilə görüş keçirilib.
Allsport.az xəbər verir ki, görüşdə akademiya rəhbərliyi və Qazaxıstanın Qızıl Orda Qorqud Ata universitetinin rektoru Beibitgül Kərimova, elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Maynurə Buribəyeva və layihə mütəxəssisi Jandos Orazmaxan iştirak ediblər. İclasda tədris mərkəzləri arasında əlaqələrin möhkəmləndirilməsi, gələcək yeni əməkdaşlıqların və layihələrin yaradılması, ikili diplom, birgə kurs və treninq layihələri, tədqiqat əməkdaşlıqları, ixtisasartırma proqramlarının təşkili müzakirə edilib.
Nəticədə, AİA və Qızıl Orda Qorqud Ata universiteti arasında əməkdaşlığa dair müqavilələri imzalanıb.