- Baxış sayı: 46
- 24 Aprel 2025 10:00
- Baxış sayı: 37
- Aprel 27, 2025
- 0
Azərbaycan idman akademiyası Qazaxıstanın bədən tərbiyəsi və kütləvi idman akademiyası ilə əməkdaşlığa başlayıb
Qazaxıstanın bədən tərbiyəsi və kütləvi idman akademiyasının rəhbər heyəti Azərbaycan idman akademiyasında (AİA) qonaq olub.
Allsport.az xəbər verir ki, əvvəlcə qonaqlar akademiyanın medialab və idman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olub, ardınca iclas baş tutub.
AİA rəhbərliyi ilə Qazaxıstanın bədən tərbiyəsi və kütləvi idman akademiyasının elmi işlər üzrə prorektoru Dursunzadə Kuanqaliyeva, beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsəm Aytəliyeva görüşdə iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsi, gələcəkdə yeni layihələrin yaradılması, ikili diplom, birgə təlimlərin keçirilməsi və tədqiqatların aparılmasını müzakirə ediblər.
Yekunda AİA ilə bədən tərbiyəsi və kütləvi idman akademiyası arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.