- Baxış sayı: 58
- 27 Aprel 2025 09:30
- Baxış sayı: 58
- Aprel 27, 2025
- 0
“Sabah” və “Edu Max Academy” şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb. Allsport.az xəbər verir ki, sözləşməyə əsasən, şirkət “Sabah”ın U-11, U-12 və U-13 komandalarının üzvləri üçün ingilis dili kursları təşkil edəcək. Əməkdaşlıq müqaviləsinin əsas məqsədi futbol akademiyasının azyaşlı üzvlərinin xarici dil biliklərinin təkmilləşdirilməsi və bununla da onların gələcəkdə beynəlxalq futbola adaptasiyalarını mümkün qədər asanlaşdırmaqdan ibarətdir.
“Edu Max” şirkətinin əsas fəaliyyət istiqamətləri xaricdə təhsil, beynəlxalq imtahanlara hazırlıq və yay məktəbləri təşkilini həyata keçirməkdir.