Albert Aqarunovun 50-illik yubileyinə

Milli Qəhrəman, tankçı Albert Aqarunovun anadan olmasının 50-illik yubileyi münasibətilə sentyabrın 27-29-da “Olimpiya ümidləri” adlı ənənəvi beynəlxalq karate turniri keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, yarışda 6-13 yaşlılar mübarizə aparacaqlar. Gənclər və idman nazirliyinin, Karate-do və milli karate federasiyalarının birgə təşkil edəcəyi turnir “Sərhədçi” Olimpiya-İdman Mərkəzində baş tutacaq.

Sentyabrın 21-də turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət ediləcəklər. Yarışda 10-dan artıq ölkədən idmançıların iştirakı gözlənilir.

“Olimpiya ümidləri” turnirindən bir gün əvvəl Azərbaycanın tanınmış karateçilərinin rəhbərliyi ilə seminarın təşkili nəzərdə tutulub.

Həmin kateqoriyadan